Ötən günlərdə Rəşt şəhərində yoxa çıxan güney azərbaycanlı milli-mədəni fəal Yaşar Nikrudan xəbər yoxdur.
Teleqraf.com xəbər verir ki, İranın hüquq-mühafizə orqanları fəalın harada saxlanılması barədə məlumat verməkdən imtina edir.
Məlumata görə, Yaşar Nikru İran kəşfiyyatının ardıcıl təhdidlərindən sonra saxlanılıb.
Milli fəala mayın 22-də bir neçə dəfə zəng edilib, fəal şübhəli zənglərdən sonra yaxınlarına saxlanıla biləcəyi barədə məlumat verib.
Artıq 2 həftədən çoxdur ki, fəaldan heç bir xəbər yoxdur. Yaxınları bildirir ki, İranın kəşfiyyat qurumu tərəfindən tutulub, lakin kimsə harada saxlandığını bilmir.