ABŞ-a məxsus “USS Chancellorsville” hərbi gəmisi Cənubi Çin dənizində Rusiyanın “Admiral Vinorqardov” hərbi gəmisinin qarşısını kəsib.
Teleqraf.com xəbər verir ki, ABŞ gəmisi marşrut dəyişdirərək Rusiya gəmisinə 50 metr yaxınlaşıb və önünü kəsib. Rusiya Dəniz Qüvvələrinin açıqlamasına görə, ekipaj toqquşmanın qarşısını almaq üçün ani manevr etməli olub.
Amerikalı komandiri Kleyton Doss Rusiyanın iddiasının təbliğat xarakterli olduğunu söyləyib.
ABŞ donanmasının cavabında bildirilir ki, bir helikopter eniş edərkən Rusiyaya məxsus hərbi gəmi arxadan sürətlə gəlib: “Gəmi uyğun olmayan məsafəyə, yəni təxminən 15-30 metr yanaşdı. Bu ani və təhlükəli hərəkətə görə “USS Chancellorsville” motorlarını dayandırıb manevr etdi və toqquşma ehtimalını aradan qaldırdı”.
ABŞ-ın yaydığı açıqlamaya görə, Cənubi Çin dənizi problem ilə əlaqədar Birləşmiş Ştatlar bölgədə hərbi gəmi saxlayır: “ABŞ bununla da bölgədə Pekin hakimiyyətinə təzyiq siyasətini yürüdür”.