8 İyun 2019 01:44
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson 2016-cı ildə “Brexit”lə bağlı söylədiyi fikirlərə görə barəsində keçirilən məhkəmə prosesinə qatılmayıb.

Teleqraf.com xəbər verir ki, o, prosesi untduğu üçün məhkəməyə getməyib.

Sabiq nazirin vəkilləri onun üç ittihamla Vestminster Magistrat Məhkəməsinə verilməsinə etiraz ediblər.

Baş nazir kürsüsünə ən real namizəd hesab olunan B.Consona qarşı iş adamı Markus Boll tərəfindən məhkəmə iddiası qaldırılıdığı bildirilmişdi.

O, ifadəsində bildirib ki, eks-nazir İngiltərənin Avropa İttifaqı üzvlüyündən çıxmaqla həftəlik 350 milyon funt sterlinq vəsaitə qənaət edəcəyi barədə fikirlər ifadə edərək əhalidə çaşqınlıq yaradıb, çünki Britaniya Aİ-yə heç vaxt bu qədər vəsait ödəməyib.

Consonun vəkilləri açıqlama yayaraq qeyd ediblər ki, siyasətçi dediyi fikirlərdə heç bir yanlışlıq görmür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər