Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında şiddətli yağışlar və tufan səbəbindən baş verən insidentlər nəticəsində 26 nəfər həlak olub, 57-i yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən NDTV telekanalı məlumat yayıb.
Həmçinin, ştatın 22 rayonunda 30-dan çox ev heyvanı fəlakət qurbanı olub, 16 ev dağılıb. “Hindistan Today” qəzetinin xəbərinə görə, bir çox insanlar gecə evin divarların uçması nəticəsində yaralanıb.
Həlak olanların ailələrinə kompensasiya təyin olunub.