8 İyun 2019 18:14
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftəsonu Belarus Prezidenti Aleksandr Lukaşenko Orşan rayonunda velosiped sürmək qərarına gəlib. Bu, qeyri-rəsmi səfər olub, ölkə başçısını mətbuat müşayiət etməyib.

Teleqraf.com xəbər verir ki, A.Lukaşenkonun oğlu Nikolay daha çox diqqəti cəlb edib. KİV onun sürdüyü velosipedin qiymətinin bir neçə min avro olduğunu yazıb.

Daha maraqlı məqam isə prezidentin oğlunun yol hərəkət qaydalarını pozmasından aktiv sosial şəbəkə istifadəçisi olan Pavel adlı şəxsin Dövlət Yol Polisinə müraciət etməsi ilə bağlıdır.

Qomel sakini olan Pavel bu kadrları xəbər saytlarnda görüb. O, diqqəti N.Lukaşenkonun Bolbasov qəsəbəsində velosipedlə səki üzərində hərəkət etməsinə yönəldib. Yol hərəkət qaydalarını yalnız prezidentin oğlundan başqa bir insan pozmayıb. Pavel bu vəziyyətlə bağlı Qomelin yol polisinə şikayət edib. Polisdən söz veriblər ki, faktı yoxlayacaqlar və bununla hərtərəfli məşğul olacaqlar.

Artıq polisdən iki dəfə Pavelə zəng edilib. Zəng edənlər bildiriblər ki, inzibati proses başladılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər