8 İyun 2019 15:27
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın və Belarusun inteqrasiyası çərçivəsində vahid valyutanın tətbiqi məsələsi müzakirə edilir. Qərar prezidentlər Aleksandr Lukaşenko və Vladimir Putin səviyyəsində veriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin jurnalistlərə açıqlamasında deyib:

“Siz vahid valyutadan danışdınız. Bəli, bu maddə müttəfiqlik müqaviləsində öz əksini tapıb. Ona görə də müzakirə olunur. Mərkəzi bankların rəhbərləri görüşürlər. Onlar bunun lazım olub-olmadığını, necə, hansı vaxt çərçivəsində ediləcəyini müzakirə edirlər.

Müttəfiqlik müqaviləsində əksini tapacaq hər bir maddə üzərində detallı müzakirə gedir. Bir daha qeyd edirəm ki, biz müttəfiqlik müqaviləsinin hüdudlarından kənara çıxmırıq”.

Qeyd edək ki, bu gün Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində M.Oreşkin və Belarusun iqtisadiyyat naziri Dmitri Krutoy arasında danışıqlar aparılıb. Oreşkin və Krutoy inteqrasiya məsələsində problemli məsələləri həll etmək məqsədilə 2018-ci ilin sonunda yaradılan işçi qrupuna rəhbərlik edirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər