ABŞ Prezidenti Donald Trampın Fransa Prezidenti Emmanuel Makronla Ağ Evin həyətində əkdiyi palıd ağacı quruyub.
Teleqraf.com xəbər verir ki, bu barədə "La Provence" nəşri məlumat yayıb.
Ağacın ABŞ tərəfindən tətbiq edilən karantin rejiminə tab gətirə bilmədiyi üçün quruduğu bildirilir.
Qeyd edək ki, ağac ötən ilin aprelində Fransa prezidentinin ABŞ-a səfəri zamanı əkilmişdi. Palıd ağacının şitilini Makron və arvadı ilə birgə Fransadan gətirmişdi. Emmanuel Makron I Dünya müharibəsi zamanı 2 min ABŞ əsgərinin həlak olduğu Fransadakı meşəlik ərazidən gətirilən bu ağacın iki ölkə arasındakı uzunmüddətli əlaqələrin simvolu olduğunu demişdi.