9 İyun 2019 22:13
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kasım-Jomart Tokayev Qazaxıstanda prezident seçkilərində qalib gəlir.

Teleqraf.com xəbər verir ki, bu haqda “İctimai rəy” İnstitutunun keçirdiyi “ekzit-poll”un nəticələrində deyilir.

“Tokayev 70,13 faiz səs yığır”, - institutun təmsilçisi Aynur Majitova bildirib.

O əlavə edib ki, müxalifətin namizədi Əmircan Kosanov 15,39 faiz səs toplayır.

“Gənclər” elmi-tədqiqat mərkəzinin keçirdiyi “ekzit-poll”un nəticələrinə görə, Tokayev 69,94 faiz səslə prezident seçkilərində qalib gəlir. İkinci yerdə isə 14,96 faizlə Kosanov, üçüncüdə isə 4,78 faizlə Yespayev qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər