İngiltərə Avropa Birliyinə (AB) 44 milyard avronu ödəməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu İngiltərənin sabiq xarici işlər naziri, hazırda ölkənin baş naziri olmağa ən iddialı siyasətçi Boris Conson deyib.
Qeyd edək ki, İngiltərə baş naziri Tereza Meyin istefa qərarından sonra Mühafizəkarlar Partiyası daxilində baş nazirlik uğrunda yarış başlayıb. Bu yarışda iddialı şəxslərdən biri də sabiq xarici işlər naziri Boris Consondur.
Conson bəyan edib ki, İngiltərə ilə AB arasında daha normal münasibətlərin yaranmasına qədər razılaşma əsasında birliyə ödənməli olan 44 milyard avro ödənilməmiş qalacaq.
Onun sözlərinə görə, AB ilə uğurlu razılaşmanın sonlandırılması üçün bu məbləğ rüşvət təsiri bağışlayır.