Rəsmi Tehranın Amerikaya ehtiyacı yoxdur və bu ölkə ilə əlaqə yaratmaq niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Tramp hökumətinin İrana qarşı tətbiq etdiyi sanksiyaları “iqtisadi terrorizm” adlandıran nazir Vaşinqtonun bunu dayandırmalı olduğunu bildirib.
ABŞ-ın maksimum təzyiq siyasəti yürütdüyünü və müzakirələrə hazır olduğuna dair açıqlamalarının bu təzyiqləri artırmaq məqsədilə verildiyini bildirən Məhəmməd Cavad Zərif bəyan edib ki, İranın Amerikaya ehtiyacı yoxdur: “ABŞ İranın başqa ölkələrlə olan əlaqələrinə problem yaratmasın, yetər”.
İranın baş diplomatı Tehrana səfər edən Almaniya xarici işlər naziri Heiko Massın İran üçün xüsusi mesaj gətirdiyini bildirib və əlavə edib ki. Berlin hökuməti nüvə razılaşmasının davam etməsində maraqlıdır.