9 Sentyabr 2014 00:54
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aİ Şurası Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar barədə qərar verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şuranın sədri Herman van Rompuy bəyan edib.


“Sanksiyalar Şuranın avqustun 30-da keçirilən iclasından sonra qəbul edilib. Aİ Şurası Rusiya ərazisindən Ukraynanın şərqinə keçirilən silah, sursat və canlı qüvvə təchizatının qarşısının alınmamasını və təcavüzün artmasını pisləyib”, - van Rompuy qeyd edib.


Bəyanatda həmçinin bildirilir ki sanksiyalar Rusiyanın Ukraynaya qarşı siyasətini dəyişmək məqsədilə tətbiq edilir.


Müəllif: