13 yaşınadək qız uşaqlarına cinsi təcavüzə görə barəsində məhkəmə qərarı olan şəxslər azad edilməzdən bir ay əvvəl kimyəvi üsulla xədim ediləcək.
Teleqraf.com xəbər verir ki, artıq Alabama ştatında bunu nəzərdə tutan qanun səsvermədən keçib.
Ştatın qubernatoru Kay İvey qanun layihəsini imzalayıb.
Qanuna görə, kimyəvi xədim xərclərini məhkum edilən şəxslərin özü qarşılamalıdır.
Qubernator Kay İvey deyib ki, bu qanun ştatda uşaqların qorunmasına xidmət edən addımdır.