11 İyun 2019 10:04
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahaçqalada dəniz ticarəti limanında tankerdə baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb, 3 nəfər itkin düşüb.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.

Partlayışa səbəb kimi neft məhsullarının ötürülməsi zamanı yaranmış qaz qapanması göstərilir.

Partlayış nəticəsində xəsarət alan 5 nəfərdən 2-si xəstəxanaya yerləşdirilib, 3-nün axtarışları davam edir.

Hadisənin səbəbi araşdırılır./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər