Çox insanın qorxduğu və diksindiyi ilanı yeyən uzaq şərqlilər bu dəfə bu zəhərli sürünənin şərabını hazırlayıblar.
Teleqraf.com xəbər verir ki, “İlan şərabı” adlanan bu içki Cənubi-şərqi Asiya ölkələri və Çində məşhurlaşıb.
Xüsusən turistlərin çox gəldiyi məkanlara və bazarlara kobralar və digər sürünənlərlə dolu içki şüşələri diqqət çəkmək məqsədilə qoyulur.
Məlumata görə, “İlan şərabı” ənənəsi əsrlərdir davam etməsinə baxmayaraq, Cənubi-şərqi Asiya öz qapılarını Qərbə açdıqdan sonra ənənə inanılmaz sürətlə böyüyüb.
Bu şərab ilan spirtli içki şüşəsində boğularaq, yaxud başı kəsilib qanı hazır spirtin içinə qatılaraq hazırlanır.
Çox nadir hal olsa da, bəzi ilanların şüşə içində aylarla sağ qaldığı və onları oyadan insanları zəhərləyərək öldürdüyünə də rast gəlinir.
2013-cü ildə Çində 3 ay şərab şüşəsində qalan ilanın çıxaraq bir qadını əlindən vurduğu xəbəri yayılmışdı.
Fotoları təqdim edirik: