ABŞ-ın İran xalqına qarşı tətbiq etdiyi savaşın qarşısında səssiz qalmayacağıq. Bizə qarşı iqtisadi terror tətbiq edən ABŞ prezidenti ilə müzakirə aparmarıq. Biz terroristlərlə görüşmərik.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Bəzi ərəb ölkələrinin ABŞ və İsraillə əməkdaşlığını tənqid edən Zərif əlavə edib ki, regionda üç ərəb ölkəsi öz təhlükəsizliyini ABŞ- əməkdaşlıqda görür: “Bu, böyük bir xətadır”.
Birləşmiş Ərəb Əmirliyinin ABŞ-dan milyard dollarlıq silah aldığını vurğulayan İranın baş diplomatına görə, bu ölkə regionda ikinci İsrail olmaq yolundadır.