12 İyun 2019 19:08
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin paytaxtı Qahirə yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, şose yolda yük maşını sərnişinləri daşıyan mikroavtobusla toqquşub. Qəza nəticəsində 14 nəfərin həlak olduğu bildirilir. Daha daha 8 nəfər yaralanıb.

Qeyd edək ki, Misirdə yol qəzalarında hər il təxminən 12 min nəfər həlak olur.


Müəllif: Teleqraf.com