12 İyun 2019 21:23
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri baş nazir Nikol Paşinyana qarşı qaldırdıqları şərəf və ləyaqətin alçaldıması ilə bağlı ittihamı geri götürüblər.

"Report" TASS-a istinadən xəbər verir ki, vəkillər qarşı tərəfin izahatı ilə razı olduqlarını və iddianın səbəb olduğu N.Paşinyanın sonuncu bəyanatının R.Koçaryana aid edilmədiyini bildiriblər.

Qeyd edək ki, çıxışlarından birində N.Paşinyan "sabiq prezidentlər cinayətləri təşkil etməkdə ittiham olunurlarsa, onların toxunulmazlığı barədə danışıla bilməz" demişdi. Bundan sonra, R.Koçaryan şərəf və ləyaqətinin alçaldılması ilə bağlı məhkəmədə baş nazirə qarşı iddia qaldırmışdı.


Müəllif: Teleqraf.com