Vladimir Putin Ukraynanın yeni rəhbərliyinin Rusiya ilə münasibətləri bərpa etməyə çalışacağına ümid edir.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti bu barədə "Mir" telekanalına müsahibəsində deyib.
O hesab edir ki, Ukraynanın yeni rəhbərliyi Rusiya ilə münasibətləri yoluna qoymaqla ölkənin daxili problemlərinin, hər şeydən öncə iqtisadi və sosial çətinliklərin həllindən rusofobiya kimi qurama ideya altında daldalanmağa səy göstərməyəcək.
Vladimir Putinin fikrincə, Ukrayna ilə əlaqələrin bərpası bu ölkənin elitasının rəyindən asılı olmayaraq qaçılmazdır: "İki qardaş xalqın münasibətləri heç bir halda xalqlardan birinin müəyyən hissəsinin və elitasının istəyindən asılı olmalı deyil".
Vladimir Putun Ukraynanın keçmiş siyasi elitasını öz şəxsi mənfəətini və kapitalını qorumaq naminə Qərblə yaxınlıq etməkdə günahlandırıb.