“ABŞ-ın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satması bölgəni təhdid altında saxlayan İrana mesajdır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibini köməkçisi Klark Kuper deyib.
Klark qeyd edib ki, Prezident Donald Tramp Konqresin etirazına baxmayaraq, ərəb ölkələrinə silah satışını davam etdirəcək:
“ABŞ İranın təhdidlərinə qarşı mübarizə məqsədilə öz müttəfiqlərinin silaha olan ehtiyacını ödəyir. Bununla bölgədəki müttəfiqlərimizin strateji üstünlüyünü qoruyuruq.
Əlbəttə, gərginliyin artmasını istəmirik, amma Amerikanın İrana qarşı öz müttəfiqlərinin yanında dayandığını açıq şəkildə elan edirik”.