13 İyun 2019 13:30
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada 152 milyon azyaşlı işçi var, bu uşaqların yarıdan çoxu təhlükəli sahələrdə işləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (ILO) 2018-ci il üzrə hesabatında bildirilib.

BMT bu barədə xəbərdarlıq etməsinə baxmayaraq, hələ də azyaşılar iş cinayətlərinə görə ölməyə davam edir.

2002-ci il iyunun 12-də Uşaqların İşə cəlb edilməsinə qarşı Mübarizə Günü elan edilsə də, azyşalıların zorla işə cəlb edilməsinə əngəl olmaq mümkün deyil.

Hər il bir sıra beynəlxalq araşdırma qrupları tərəfindən yayılan hesabatlar bu ağır həqiqəti yadımıza salır.

ILO-nun “Uşaqların işə cəlb edilməsi ilə bağlı Qlobal Ehtimallar Hesabatı”na görə, dünyada 73 milyonu təhlükəli işlərdə işləməklə, ümumilikdə 152 milyon azyaşlı fəhlə var.

Zorla işlə cəlb edilən azyaşlıların 70.9 faizi kənd təsərrüfatı sahələrində işləyir. Bu sektoru xidmət və sənaye sektorları izləyir.


Müəllif: Mənsur Rəğbətoğlu