“Heç kəs Türkiyəyə ultimatum verə bilməz. Rusiyadan aldığımız “S-400” raketləri Türkiyəyə gətiriləcək. Türkiyə verdiyi qərardan heç vaxt imtina etmir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
ABŞ-ın buna görə Türkiyəyə təzyiq etdiyini deyən türk diplomat qeyd edib ki, bu yollarla ölkəsini geri addım atmağa məcbur etmək mümkün deyil.