13 İyun 2019 16:24
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa məhkəmələri Fransanın müxtəlif şəhərləri və Qarabağ arasında imzalanmış dostluq müqavilələrini bir-bir ləğv edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Vahe Hovannisyan deyib.

Hovannisyanın sözlərinə görə, Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatları bu prosesin qarşısını ala bilmir:

“Səylərimiz nəticə vermir, Fransadakı diaspor təşkilatlarımız da öz vaxtlarını boş yerə xərcləyir. Ətrafımızda baş verən prosesləri görmürük, bu məsələlər heç kəsi maraqlandırmır.

Məsələn, dünən Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə görüşdü. Bundan əvvəl Türkiyə və Azərbaycan Naxçıvanda birgə hərbi təlimlər keçirdi. Üç ölkənin müdafiə naziri hərbi əməkdaşlıq barədə anlaşdı, əslində dünən bölgədə yeni hərbi ittifaq quruldu. Nə parlamentdən, nə də rəsmi İrəvandan buna reaksiya verilmir, Ermənistanda hər kəs səssizliyı çəkilib”.

Vahe Hovannisyan Ermənistanın təhlükə qarşısında qaldığını və ən böyük müttəfiqlərdən biri olan Fransanın da, bu ölkədən üz çevirdiyini bildirib: “ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərdən birində Ermənistan əleyhinə təhlükəli proseslər gedir. Bir-bir Qarabağ və Fransanın müxtəlif şəhərləri arasında imzalanmış dostluq müqavilələri Fransa məhkəmələri tərəfindən ləğv edilir. Bu, yaxşı təşkil edilmiş və Ermənistanı təhdid qarşısında qoyan kampaniyadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər