Yeni partiya qurma hazırlığında olduğu iddia edilən Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu bayram təbriki üçün zəng vurduğu prezident Rəcəb Tayyib Ərdoğanla mübahisə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məşhur türk jurnalist Tələt Atilla deyi.
Jurnalist qeyd edib ki, Ərdoğan İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırımın seçki kampaniyası üçün Davudoğludan dəstək istəyib, amma ədd cavabı alıb.
“Ramazan bayramında prezident Ərdoğana zəng edən sabiq baş nazir Davudoğlunun telefonuna cavab verilmədi. Davudoğlunun təkidlə zəng etməsindən sonra dəstəyi götürən Ərdoğan qısa bayram təbrikindən sonra Davudoğluna “Sən niyə İstanbulda deyilsən?” sualını ünvanlayıb.
Davudoğlunun “Binəli bəy üçün gəlim?” cavabına qəzəblənən Ərdoğan “Sən İstanbula gəlsən, Binəli bəy üçün yox, AKP üçün çalışmış olacaqsan. Bəs aramızda dostluq vardı?” deyib.
Davudoğlu isə Ərdoğana bu cavabı verib: “Məni jurnalistlərin hücumundan qorumadınız. Suriya da daxil olmaqla, hər şey mənim üstümdə qaldı, cənab prezident”.
Tələt Atilla Ərdoğanın telefonu Davudoğlunun üzünə bağladığını iddia edib: “Ərdoğan Davudoğlunun bu cavabından qəzəblənib və ona: “Jurnalistləri boş ver, bunlar bəhanədir. Sən haradasan, biz haradayıq?” deyərək telefonu bağlayıb”.