14 İyun 2019 12:18
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması ilə bağlı qərarını dəyişməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir məsələ ilə əlaqədar ABŞ-ın Türkiyəyə qarşı təzyiqlərinə də toxunub:

“ABŞ bizə qarşı addım atsa, bizim də ata biləcəyimiz addımlar var. Amerika belə bir qərar versə, əlbəttə, biz də sakit dayanmayacağıq. Bizə qarşı yönəlmiş istənilən addıma cavab verəcəyik.

Sabah Türkiyəyə hücum olsa, NATO-nun bizi qoruya biləcək gücü yoxdur. NATO bizim hava sərhədlərimizin yalnız 30 faizini qoruya bilir. Bizim böyük ehtiyacımız olduğu halda, ABŞ və Hollandiya “Patriot” raketlərini geri çəkdi, təkcə İspaniya və İtaliya bu addımı atmadı. Bu milli məsələdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər