14 İyun 2019 15:25
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Mayk Pompeodan sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də Oman körfəzində baş verən gərginliyə görə İranı ittiham edib.

Teleqraf.com xəbər verir ki, Pentaqon yaydığı videogörüntüdə körfəzdə xidmət edən İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) birləşmələri əks olunub.

ABŞ SEPAH-ın Oman körfəzində Norveç və Yaponiyaya məxsus gəmilərə hücum etdiyini bildirib.

Bundan sonra Çin dövlət başçısı Si Cinpinq bəyanat yayaraq İrana dəstək nümayiş etdirib: “Prosesin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq, İranla əlaqələrimizi davam etdirəcəyik”.

BMT bütün tərəfləri bölgədə təhlükəsizliyi təmin etməyə çağırdığı halda, Rusiya da körfəzdəki gərginliyin İrana qarşı təzyiq vasitəsi kimi istifadə edilməsinin əleyhinə olduğunu açıqlayıb.

ABŞ isə gərginliyin arxasında İranın durduğunu iddia edərək, bölgədəki hərbi qüvvələrinin sayını artırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər