15 İyun 2019 15:35
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın “S-400” böhranından istifadə edərək, Türkiyə və ABŞ arasındakı gərginlikdən faydalanmasına icazə verməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə nazirliyinin (Pentaqon) sözçüsü Erik Paxon deyib.

Paxon qeyd edib ki, Rusiyanın əsas hədəfi NATO daxilində çat yaradaraq, ittifaqı parçalamaqdır: “ABŞ Türkiyəyə əsas strateji müttəfiqlərindən biri kimi dəyər verir. İşbirliyini və birgə hərbi təlimlərin sayının artırılması üçün qarşılıqlı səyləri davam etdiririk.

Bu əlaqələrin dərinliyinə baxmaq lazımdır, Moskva isə son zamanlarda ABŞ və Türkiyə arasında yaranmış problemlərdən istifadə edərək, ikitərəfli münasibətlərimizə zərər verməyə cəhdlər göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu