Gürcüstanın paytaxtı Tiflis şəhərində cinsi azlıqların paradının qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, hökumət binasının önünə toplaşan etirazçılar LGTB icmasının bu təşəbbüsünün qarşısının alınmasına etiraz ediblər.
Aksiya Gürcüstan pravoslav kilsəsinin cinsi azlıqların paytaxtda həyata keçirmək istədiyi paradın qarşısını almaq məqsədilə Gürcüstan hökumətinə müraciətindən sonra başlayıb.
LGBT tərəfdarları Gürcüstan hökumətinin onların şərtlərini yerinə yetirənədək aksiyanı davam etdirəcəklərini bildirib.
Müxalifət siyasi partiyalarının dəstək verdiyi aksiyada polis etirazçılarla hökumət binası arasında barrikada qurub.
Digər yanda isə LGBT icması tərəfdarlarının aksiyasına cavab olaraq, mühafizəkar QHT olan Ortodoks Valideynlər Birliyinin üzvləri, din adamları və radikal millətçi qruplar etiraz aksiyasına başlayıb.
Gürcü mediasına görə, cinsi azlıqlardan bir neçəsi polisə hücum edərək onlara şüşə və yumurta atıb. Bu səbəbdən 9 nəfər polis tərəfindən saxlanılıb.
Polis LGBT fəallarından mitinqi dayandırmağı tələb edir.