16 İyun 2019 12:59
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

"OPEC"-ə (Neft ixrac edən ölkələrin təşkilatı) üzv dövlətlərin nümayəndələrinin görüşü iyul ayının əvvəlində keçirilə bilər.

Teleqraf.com-un məlumatına görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Yaponiyada keçirilən G20 energetika və ekologiya nazirlərinin görüşü çərçivəsində deyib.

"OPEC"-in növbəti görüşü haqqında sualı cavablandırarkən nazir bildirib ki, "görüş yəqin ki iyul ayının ilk həftəsində keçiriləcək".

Nazir bu görüşdə "ölkələrin neft hasilatının azaldılması üzrə razılaşmanı uzatmaq üçün razılıq əldə edə biləcəklərinə" ümid etdiyi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər