16 İyun 2019 13:30
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukraynada ilk dəfə rəsmi olaraq Atalar Günü qeyd edilir.

Teleqraf.com xəbər verir ki, ölkə prezidenti Vladimir Zelenskinin müvafiq fərmanına əsasən Ukraynada ailə institutunun möhkəmlənməsi və uşaqların tərbiyəsində ataların əməyini qiymətləndirmək məqsədilə iyunun üçüncü həftəsinin bazar günü bundan sonra Atalar günü kimi keçiriləcək.

Qeyd edək ki, Atalar günü ilk dəfə 1910-cu ildən ABŞ-da qeyd edilməyə başlayıb. Bu bayramın təşəbbüskarı Vaşinqton ştatından olan xanım Dodd olub. Onun anası vaxtsız vəfat etdikdən sonra atası Uliyam Smart təkbaşına 6 uşağı böyüdüb. Dodd atasına təşəkkür əlaməti olaraq belə bayramım qeyd edilməsi təklifi ilə çıxış edib. 1972-ci ildən isə Atalar günü ABŞ-ın rəsmi milli bayramı kimi qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər