Paris Notr-Dam kilsəsində 2 ay öncə baş verən yanğından sonra ilk dəfə ayin icra olunub.
Teleqraf.com xəbər verir ki, Parisin Baş yepiskopu Mişel Aupetit və ayinə qatılan digər rahiblər təhlükəsizlik məqsədilə dəbilqədə gəliblər.
Mişel Aupetit çıxışında bildirib ki, aprelin 15-də baş verən yanğın insanların ürəyində təlatümlər yaşadıb: "Bu kilsə ibadət yeridir, yeganə və həqiqi məqsədi də budur".
Mərasimə 30 nəfər qatılıb.