16 İyun 2019 16:14
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib bölgəsində Türkiyənin müşahidə məntəqəsi minaatanlardan atəşə tutulub.

Teleqraf.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Murak rayonunda yerləşən 9 nömrəli müşahidə məntəqəsi Təll Bazan rayonundan artilleriya və minaatanlardan atəşə tutulub. Bizim qiymətləndirməmizə görə, müşahidə məntəqəsi qəsdən atəşə tutulub".

Qeyd edilir ki, insident nəticəsində xəsarət alan olmayıb, məntəqənin avadanlıqlarına ziyan dəyib.

Nazirlikdən vurğulayıblar ki, cavab olaraq məntəqənin atəşə tutulduğu mövqeyə ağır silahlardan zərbələr endirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər