Simferopolda azərbaycanlı öz həmyerlisini qətlə yetirib
Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində azərbaycanlılar arasında qanlı insident baş verib.
Rusiyanın Kirov vilayətində "Azərbaycan" Fondunun prezidenti Elnur Hüseynovun "Report"a verdiyi məlumata görə, hadisə zamanı əslən Azərbaycanın Kəlbəcər rayonundan olan İlqar adlı şəxs yerində keçinib, Ağsu rayon sakini Həmzə adlı şəxs isə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən ilk öncə 68 nəfər saxlanılsa da, onlardan 53 nəfəri sonradan buraxılıb, 15 nəfər isə nəzarətə götürülüb. Cinayət işi davam edir.
Hadisənin pul üstündə baş verdiyi bildirili