Paraqvayın San-Pedro həbsxanasında qiyam zamanı 10 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, Braziliyanın "Birinci paytaxt komandası" cinayət qruplaşmasının üzvləri qiyam qaldıraraq, qarşılarına çıxan hər kəsi öldürüblər.
Canilər 5 nəfərin başını kəsiblər, 4 nəfər yanıq xəsarəti alaraq ölüb, daha bir zərərçəkmiş isə xəstəxanada keçinib. Toqquşma zamanı həmçinin 10 nəfər yaralanıb.
Ölənlərin hamısı "Birinci paytaxt komandası" ilə düşmənçilik edən "Rotel" cinayətkar klanının üzvləri olub.