Dağıstanın başçısı Vladimir Vasilyev bu gecə Moskvaya xəstəxanaya aparılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, V.Vasilyevə ağciyərlərin soyuqlaması diaqnozu qoyulub. O, hazırda müalicə olunur.
Hazırda Dağıstan başçısı səlahiyyətlərinin icrasını müvəqqəti olaraq hökumət rəhbəri Artyom Zdunov yerinə yetirir.
Qeyd edək ki, polis general-mayoru olan V.Vasilyev 2017-ci ildən Dağıstanın rəhbəri vəzifəsində çalışır.