17 İyun 2019 12:03
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyüşşəhər Bələdiyyəsinə “Cümhur ittifaqı”nın namizədi Binəli Yıldırım dünən “Millət İttifaqı”nın namizədi Əkrəm İmamoğlu ilə canlı yayımda debatdan sonra Tviter mikrobloqunda ilk rəyini yazıb.

Teleqraf.com xəbər verir ki, Binəli Yıldırım İsmayıl Küçükkayanın moderatorluğu ilə baş tutan debatla bağlı iki tvit paylaşıb.

“Əkrəm bəy çox şey danışdı, amma nə edəcəyini söyləməyi unutdu”, - deyə Yıldırım qeyd edib.

O, növbəti rəyində bildirib ki, İsmayıl Küçükkayanın moderatorluğu ilə keçirilən canlı yayımda Əkrəm İmamoğlu ilə İstanbul barədə geniş müzakirə aparılıb: “Bu gözəl yaz axşamında yayında əməyi keçən bütün qardaşlarıma və bizi izləyən siz sevgili istanbullulara təşəkkür edirəm”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər