17 İyun 2019 14:31
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur müğənnisi Tarkan ötən il doğulan qızı Liyanın fotosunu ilk dəfə sosial şəbəkələrdə paylaşaraq Atalar Günü ilə bağlı təbrik ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, qızı ilə bir neçə fotosunu İnstaqramda yerləşdirən ifaçı "Bütün ataların Atalar Günü mübarək olsun" qeydini yazıb.

Qısa müddətdə paylaşıma minlərlə şərh yazılıb. Meqastara "Atalıq ən çox Tarkana yaraşdı" tipli rəylər yazılıb.
Fotoları təqdim edirik:


Müəllif: Leyla