17 İyun 2019 14:43
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi Urmiyanın mərkəzi həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, Əli Əzizi iyunun 2-də Urmiya İnqilab Məhkəməsində keçirilən məhkəmə iclasına qatılıb. Fəalın barəsində bundan əvvəl çıxarılan girovun məbləği məhkəmə tərəfindən artırıldıqdan sonra da o təxminən iki həftə qeyri-müəyyən vəziyyətdə saxlanılıb. Nəhayət, iyunun 15-də 150 milyon tümənlik girov qarşılığında azad edilib.

Əli Əzizi ilə eyni dosyeyə görə məhkəməyə çağırılan Əta Kərimi isə ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəmə iclasına qatılmaqdan imtina edib.

Əli Əzizi və Əta Kərimi iyunun 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılıb. Hər iki fəal 4 il əvvəl Urmiyada ETTELAAT əməkdaşları tərəfindən saxlanılıb, onlar girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb. Fəallara saxlandıqları zaman “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı elan olunub.

2016-cı ildə Urmiya İnqilab Məhkəməsi cinayət işinin bağlanması və fəalların təqib olunmasına son verən qərar qəbul edib, lakin hökm prokuror müavininin etirazı ilə qarşılanıb, o yenidən cinayət işinin açılmasını istəyib.

Fəallar bu müddətdə dəfələrlə məhkəməyə müraciət edərək cinayət işlərinin uzun müddət qapanmamasına öz etirazlarını bildiriblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər