17 İyun 2019 20:45
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şimal-şərqindəki Bihar ştatında kəskin ensefalit diaqnozu ilə ölənlərin sayı yüzü ötüb. Onlardan 80-dən çoxu uşaqdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “NDTV” telekanalı regionun tibb xidmətinə istinadən məlumat yayıb.
Əvvəllər qurbanların sayının 83 nəfər olduğu bildirilmişdi. Ən çox xəstəlik Müzəffərpur rayonunda yayılıb. Hazırda bu rayonun xəstəxanalarında 290 uşaq müalicə olunur. Həkimlər bəzilərinin vəziyyətini kritik qiymətləndirirlər.

Kəskin ensefalit epidemiyasının səbəbini həkimlər bölgədə davam edən anomal istilər və yüksək rübubətliliklə əlaqələndirilər. Belə ki, Bihar ştatında bir neçə həftədir indiki mövsümə uyğun olmayan istilər müşahidə olunur.
Ştatda temperatur günlərdir 40, Nyu-Dehlidə isə 50 dərəcədən aşağı düşmür. Bu, Hindistan paytaxtının tarixində ən yüksək temperatur göstəricisidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər