17 İyun 2019 16:14
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin keçmiş birinci müavini, ordu generalı Filipp Bobkov 94 yaşında Moskvada ölüb.

Teleqraf.com xəbər verir ki, onun ölümü ilə bağlı “RİA Novosti”yə ilk olaraq güc strukturlarından məlumat daxil olub, sonra isə fakt yaxınları tərəfindən təsdiq edilib.

Qohumlarının dediyinə görə, Bobkov səhər saatlarında xəstəxanada ölüb.

Hələlik ölüm səbəbi bilinmir.

Filipp Bobkov 1 dekabr 1925-ci ildə Ukraynada anadan olub. Böyük Vətən müharibəsində iştirak edib, iki dəfə yaralanıb. 1945-ci ildən bəri dövlət təhlükəsizlik orqanlarına xidmət edib. 1969-cu ildən KQB-nin “ideoloji təxribatlara qarşı” mübarizəyə məsul olan beşinci idarəsinə başçılıq edib.

1983-cü ildə Bobkov KQB-nin sədr müavini, 1985-ci ildə isə sədrin birinci müavini təyin edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər