Cənubi Afrika Respublikasının Limpopo əyalətində marşrut taksisi ilə avtobusun toqquşması nəticəsində 24 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Yol-nəqliyyat hadisəsi bu gecə baş verib.
Nazirliyin nümayəndəsi Ayanda-Elli Peyn ölənlərin hamısının marşrut taksisinin sərnişinləri olduğunu bildirib. Onun sözlərinə görə, taksidə nəzərdə tutulandan 10 nəfər çox sərnişin olub. Avtobusun isə üç sərnişini yaralanıb.