Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tacikistandan səfərdən qayıdandan sonra illər əvvəl birgə siyasət yürütdüyü şəxslərlə bir araya gələcək.
Teleqraf.com xəbər verir ki, görüşə 7 min şəxsin qatılması gözlənilir.
Türkiyə prezidentinin Milli Səlamət Partiyası və Rifah Partiyasından keçmiş dostları ilə görüşəcəyi bildirilir.
Görüşün saat 19:00-da Haliç Konqres və Mədəniyyət Mərkəzində keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, iyunun 23-də İstanbul Böyükşəhər bələdiyyəsinə təkrar seçkilər keçiriləcək.