17 İyun 2019 20:00
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker evlənib.

Teleqraf.com xəbər verir ki, diplomat “Amerikanın səsi” radiosunun jurnalisti İa Meurmişvili ilə ailə həyatı qurub.

Cütlüyün nikahı iyunun 15-də Vaşinqtonda baş tutub.

Qeyd edək ki, 54 yaşlı K.Volker 2008-2009-cu illərdə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi olub. O, 2011-ci ildən Makkeyn İnstitutunun direktorudur. Təcrübəli diplomat 2017-ci il iyulun 7-də ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi təyin olunub.


Müəllif: Teleqraf.com