18 İyun 2019 10:22
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş vermiş terror hücumunun arxasında kimlərin durduğunu bildiyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, “ABC Nyus” kanalına danışan Tramp Yaxın Şərqə hərbi müdaxiləni ölkə tarixində ən pis qərar adlandırıb.

ABŞ prezidenti əlavə edib ki, bu region bataqlıqdır, Yaxın Şərqə getmək qorxunc bir qərar olub.

2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror hücumunu kimlərin təşkil etdiyi haqda danışan Donald Tramp deyib ki, bu hücumun arxasında duran İraq olmayıb: “İraq deyil, başqalarıdır. Onların kim olduğunu bilirəm”.

Xatırladaq ki, 11 sentyabr 2001-ci ildə əksəriyyəti səudiyyəli olan Əl-Qaida terrorçuları ABŞ-ə XXI əsrin ən dəhşətli terror hücumunu həyata keçirilib.

Hücum zamanı Nyu-Yorkdakı Əkiz Qüllələr, habelə Virciniya ştatında yerləşən Pentaqon binasına təyyarələr çırpılıb. Nəticədə 3 minə qədər günahsız insan ölüb.


Müəllif: Cavad

Oxşar xəbərlər