24 yaşlı ingilis model Demi Rouz anasının ölümündən sonra sosial şəbəkədə paylaşdığı açıq-saçıq fotoları ilə etiraza səbəb olub.
Teleqraf.com xəbər verir ki, qeyri-adi bədən quruluşu ilə populyarlaşan model 8 ay əvvəl anasını itirib.
Ancaq Demi Rouz olaydan uzun müddət keçməsinə baxmayaraq, keçən günlərdə 63 yaşlı anasının vəfat etdiyini açıqlamışdı.
Rouz anasının ölüm xəbərini sosial şəbəkədə “Cənnət bir mələk qazandı, rahat yat, ana. Ümid edirəm ki, orda atamla bir yerdəsiniz” qeydi ilə açıqlayıb.
Alt paltarları nwmayiş etdirən Demi Rouzun anasının ölümündən dərhal sonra iş başına keçməsi isə olay yaradıb. Sosial şəbəkədə bikinili fotolarını paylaşan model qeyd edib: “Dəstək üçün hamınıza təşəkkür edirəm. Hamınız ailəm kimisiniz, qayıtmağa qərar verdim”.
İnstaqramda paylaşdığı cəsarətli pozaları ilə məşhurlaşan Demi Rouzun 9 milyon izləyicisi var.
Modelin fotolarını təqdim edirik: