18 İyun 2019 11:20
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda yerləşən Əl-Tacu hərbi düşərgəyə raket zərbəsi endirilib.

Teleqraf.com xəbər verir ki, ABŞ hərbçilərinin qaldığı düşərgəyə 3 “Katyuşa” raketi atılıb.

İraq hökuməti adından yayılan açıqlamada olayla bağlı əlavə məlumat verilməyib. Olayın məsuliyyətini üzərinə götürən olmayıb.

Bağdadın 85 kilometrliyində yerləşən və ABŞ hərbçilərinin qaldığı düşərgədə bir hərbi hava limanı və bir baza yerləşir.

Bağdadın mərkəzində ABŞ səfirliyi yaxınlığındakı bir evə də bir neçə gün əvvəl raket zərbəsi endirilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər