18 İyun 2019 14:06
1 840
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan hakimiyyətə gələrkən Rusiya ilə münasibətləri gücləndirməyi düşünmürdü. O, hakimiyyətə Rusiya ilə münasibətləri və Rusiyanın ölkəsi üzərindəki təsir dairəsini zəiflətmək üçün gəlib”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Fenenko deyib.

Ekspertin fikrincə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq Paşinyanın yürütdüyü xarici siyasətin əsas prinsiplərini təşkil edir:

“Qərb ona keçid fiquru kimi baxır, Ermənistanın başında Rusiyaya qarşı daha radikal münasibəti olan bir şəxsin durmasını istəyir. Bu baxımdan, Nikol Paşinyan Qərbə böyük fürsətlər yaradır və bu yöndə fəaliyyətlərini davam etdirir.

Serj Sərkisyan dönəmində Qərb və Rusiya arasında tarazlıq yarada bilən Ermənistan vardı. Sonra isə üzünü tamamilə Qərbə çevirən Paşinyanı hakimiyyətə gətirdilər. Hesab edirəm ki, Ermənistanın Paşinyandan sonrakı lideri Rusiyaya qarşı münasibətdə daha kəskin olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu