Kolumbiya və Venesuela sərhədində yerləşən yaşayış məntəqəsində partlayış törədilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti bildirib.
Qeyd edilir ki, hadisə Kolumbiyanın Norte-de-Santander departamenti ilə sərhəddəki Boka-de-Qrita kəndində qeydə alınıb. Naməlum şəxslər partlayıcı qurğuları işə salıblar. Partlayış zamanı 12 nəfər həlak olub, daha 10 nəfər müxtəlif dərəcəli xəsarət alıblar.
Kolumbiyanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı iki nəfəri saxlayıblar.