19 İyun 2019 11:49
2 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Krıma Su-35S model yeni tipli hərbi təyyarələr yerləşdirəcək.

Teleqraf.com xəbər verir ki, Rusiya mediası ölkənin Müdafiə Nazirliyində olan mənbələrinə əsasən belə məlumat yayıb.

Dördüncü nəsil Su-35S model təyyarələrin Krımda yerləşdirilməsi haqda artıq qərar qəbul olunub.

Rusiyanın yeni silahlanma proqramı çərçivəsində 2018-ci ildə istehsal olunan bu model təyyarələr Rusiya Silahlı Qüvvələrinin balansındadır.

ABŞ-ın F-22 təyyarəsinə ekvivalent olan və bir çox göstəricilərinə görə F-22-ləri qabaqlayan Su-35S model təyyarələri Krımda yerləşdirdikdən sonra Rusiya onları Suriyadakı hava qüvvələrinin balansına da verə biləcək.


Müəllif: Cavad