19 İyun 2019 13:53
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çexiya hələlik Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanı İrəvana ekstradisiya etməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş prokuroru Artur Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Narek Sərkisyanın qarşı tərəfə təhvil verilməsi ilə bağlı Çexiyadan məlumat almayıb.

Ermənistan KİV-də yayılan məlumata görə, Çexiya Ədliyyə Nazirliyi Sərkisyanın qardaşı oğlunu Ermənistana təhvil verməkdən imtina edib.

Narek Sərkisyan keçən il saxta Qvatemala pasportu ilə Çexiyaya keçməyə cəhd edərkən həbs edilib.

O, bundan başqa dövlətə məxsus pulları mənimsəməkdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu