19 İyun 2019 16:50
1 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədirnədə Sultan I Murad adına dövlət xəstəxanasında həkimi döyən iki bacı haqqında məhkəmə qərarı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə Songül və Zümrüd Üzümqoparan bacılarına 1 il 10 ay 15 gün həbs cəzası verib.

Məhkəmə Zümrüd Üzümqoparanın həbs müddətini təxirə salıb, amma Songül Üzümqoparan barədə hökm qüvvədə saxlanıb.

Xatırladaq ki, bacılar həkim Tuba Çıkmazı iş zamanı döyüblər.

Songül Üzümqoparan məhkəmə zamanı bildirib ki, həkimdən atalarının səhhəti haqqında soruşduqda “atanızın 75 yaşı var, ölürsə-ölsün” cavabını alıblar.

Dava da bu üzdən olub.


Müəllif: Cavad